SON XƏBƏRLƏR

Şuşada Güney Azərbaycan rüzgarı-Cıdır düzündən Təbrizə boz qurd salamı-FOTOLAR

2021.12.30, 12:39
Şuşada Güney Azərbaycan rüzgarı-Cıdır düzündən Təbrizə boz qurd salamı-FOTOLAR

Gunaz.tv

Səfərdə Azərbaycanın mədəniyyət başkəndi Şuşa şəhərinin görməli yerləri ziyarət olunub. QHT təmsilçiləri və jurnalistlər dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün abidələrini ziyarət edib, tarixi Gövhərağa məscidində olublar. 

tOdMt5W.jpg

Qutsal məkanda Qarabağ müharibəsində, 44 günlük savaşda şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunub.

Bakıdan gedən nümayəndə heyəti sonra Şuşanın məşhur Cıdır düzündə olub. Media nümayəndələri və QHT təmsilçiləri Cıdır düzündə Azərbaycanın milli bayraqlarını dalğalandırıblar. Milli fəallar Güney Azərbaycana bozqurd salamı göndərib, Milli Hərəkatın simvolu olan Təbrizin “Traxtur” klubunun simvolik şərfini nümayiş etdiriblər. Bu barədə Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli məlumat yayıb.

“Cıdır düzündə 44 günlük savaşda ürəyi bizimlə döyünən çoxmilyonlu güneyli soydaşlarımızı yad etdik. Vətən müharibəsi zamanı güneyli soydaşlarımız Araz kənarına gəldi, torpaqlarımızı erməni işğalçılarından təmizləyən Azərbaycan ordusuna dəstək nümayiş etdirdi. 

Qarabağın, Şuşanın işğaldan azad olunması bizim qədər Güney Azərbaycan türklərini də sevindirdi. 50 milyonluq Azərbaycan xalqının mədəniyyət başkəndi olan Şuşada Güneyi, bozqurdlar yurdu Təbrizi, milli dirənişin simvolu “Traxtur”u xatırlamaq bizim borcumuz idi”-deyə, Elman Cəfərli bildirib.

Elman Cəfərli Şuşadan zəngin təəssüratlarla aydıldığını deyib:

SY3eQqj.jpg

“Şuşa hər bir azərbaycanlının qəlbində taxt qurmuş qutsal bir məkandır. Dağların üzərində yerləşən bu balaca şəhərin azərbaycanlılar üçün böyük dəyəri var. 30 il idi ki, ürəyimizdə Şuşa həsrəti qübar bağlamışdı. Heç zaman Şuşada olmamışdım. Şuşa haqqında yazılanları oxumuşdum, açığı elə zənn edirdim ki, müəlliflər bir az mübaliğəyə yol verirlər. 

rgZRiOx.jpg

Ancaq Şuşa torpağına qədəm qoyanda deyilənlərin, yazılanların həqiqət olduğunu gördüm. Hər daşı tarix qoxan bu qədim şəhərimiz sanki adamı tilsimləyir”.  

E. Cəfərli deyib ki, vaxt gələcək Şuşa həsrəti sona çatdığı kimi, Savalan, Təbriz həsrəti də da sona yetəcək.

gjCHCYw.jpg

“Quzeydə millətçilərin bir alqışı var: “Azadlıq sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun!” İndi bizi bir alqışımız da var: Tanrı 50 milyon Azərbaycan türkünə Şuşa ziyarəti nəsib etsin! 44 günlük savaşda Böyük zəfərimiz bizə bu inamı aşıladı: Vaxt gələcək tarixi ədalətsizliyə son qoyulacaq, Azərbaycan tarixi torpaqlar çərçivəsində bütövləşəcək, 50 milyonlqu xalq bir bayraq altında birləşəcək”.

Ayxan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar