SON XƏBƏRLƏR

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

2022.09.09, 10:43
Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Gunaz.tv

Tədbirdən əvvəl “Qarabağ” mehmanxanasının qarşısında ədibə həsr olunan sərgi açılıb.

Daha sonra Natəvanın evinin qarşısında “Məclisi-üns” ədəbi məclisinin açılışı olub.

Yubiley mərasimində rəsmi şəxslər, mədəniyyət nümayəndələri, yazıçı və şairlər, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikasından olan qonaqlar iştirak edirlər.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhminin aparıcı olduğu məclisdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rəfael Hüseynov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov və digər şəxslər çıxış edəcək.

Həmçinin türkdilli ölkələrdən şairlər şeirlər səsləndirəcək.

Qeyd edək ki, Xurşidbanu Natəvan Cavanşir-Usmiyeva 1832-ci il avqustun 6-da Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897-ci il oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar