GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Amerika: İran Rusiya silahları almaq istəyir
"Traxtur" səfərdə qalib gəldi, ikinci yerə yüksəldi
Rusiya Ukraynada 1000-dən çox hərbçisini itirdi
Hökumət məmurları güneyli mədəniyyət xadiminin dəfn mərasiminə müdaxilə edib
Qərbi Azərbaycanda meşə yanğını olub
Azərbaycanda güclü zəlzələ olub
Ərdoğan yunanıstanlı həmkarı ilə GÖRÜŞDÜ
Türkiyə ordusu bir həftədə 56 terrorçunu zərərsizləşdirib
Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır
"İran Dürrə qaz yatağı üzrə heç bir haqqa malik deyil." Körfəz Əməkdaşlıq Şurası
ABŞ prezidentliyinə namzəd Tehrana qarşı daha sərt mövqe tutmağa tərəfdar çıxıb
Növbədənkənar prezident seçkiləri elan edildi
Rəisi Rusiyaya səfər edib
“Tehran məhkəməsinin qərarı dəyərsizdir.”- ABŞ
İran hökumətinə bağlı şəxslər Kanadadan qovulur
Oberlin Kolleci İranın keçmiş səfirinin tədrisini dayandırıb
SEPAH iki nef daşıyan gəmini ələ keçirib
İran sərhədçisi öldürüb
İranın 3 həbsxanasında 4 nəfər edam olunub
İsrail “Hizbullah"ın obyektlərinə zərbələr endirib
Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni hesabat yaydı
"Hakimiyyət sosial gerçəklilərə razılaşmır"- sosioloq
Rusiya XİN: Qərb Ermənistana saxta hərbi texnikaları sırıyır
Güneyli sənətçinin İsveçrədə rəsm sərgisi keçirilir
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilib
Gilanda sosial media fəalı həbs edilib
İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq
Ərdoğan İsrailə xəbərdarlıq etdi
Putin BƏƏ-yə səfər edib
Güney azərbaycanlıların sosial şəbəkələrdə postlarının silinməsi müşahidə olunur
Zaxarova: NATO ilə toqquşma riskləri artır
Təbrizin simvolu dağıdılır
Zəngilanda sərhəddə İrandan gətirilən 40 kq narkotik aşkarlanıb
Prezident: Qarabağda əsas maneə basdırılmış minalardır
İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür
Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Güneyli yazıçı vəfat edib
Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır
Tufarqanda yanğın- 9 nəfər xəsarət aldı
İranda daha bir korrupsiya faktı ifşa edildi
"Ukrayna ABŞ hərbi yardımı olmadan müharibəni uduzmaq riski ilə üz-üzədir"
Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir
"Suverenliyimizi bərpa edəndə Qarabağda çoxsaylı erməni kontingenti var idi"
Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq, Azərbaycanda “Şuşa İli”nin elan olunmasının əhəmiyyətindən, ziyalıların bu istiqamətdə dövlətə dəstəyindən bəhs edib. O, azərbaycanlı alimlərin Şuşa ilə bağlı önəmli işlərə imza atdıqlarını söyləyib.
Millət vəkili Ceyhun Məmmədov qalib xalq olaraq, qələbəmizi daha da möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. Tarixdən nəticə çıxarmalı olduğumuzu deyən C.Məmmədov, Azərbaycanın xilasının Türk Dünyasının birliyində olduğunu qeyd edib.
Millət vəkili Vüqar Bayramov Şuşanın həm Azərbaycan, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şuşa ilə bağlı Milli Məclisdə ayrıca qanun qəbul edildiyini xatırladan V.Bayramov, azad edilən ərazilərimizin bərpasına milyardlarla manat vəsait ayrıldığını açıqlayıb.
Millət vəkili Jalə Əhmədova da Türk Dünyasında Şuşanın böyük önəminin olduğunu vurğulayıb. O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, strateji müttəfiqlikdən bəhs edərək, belə konfransların daha çox keçirilməsinin vacib olduğunu bildirib.
Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü əsasən ziyalıların təmsil olunduğu Hərəkatın yarandığı 3 il ərzində gördüyü işlərdən, keçirdiyi tədbir, görüş, səfərlərdən söz açıb. O, Şuşa və Qarabağla bağlı AVH sıralarında təmsil olunan alimlərin, araşdırmaçıların maraqlı çıxış, kitab, məqalə və s. hazırladığını da diqqətə çatdırıb.
Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy Şəhid və Qazilərimizin qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qorumalı olduğumuzu vurğulayıb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şuşa şəhərini türk əsrinin dirçəliş rəmzi kimi xarakterizə edib.
Şuşanın xalqımızın qürur mənbəyi olduğunu deyən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, bayrağımızın bu şəhərdə dalğalanmasından sonsuz fəxr hissi keçirdiyini açıqlayıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov tarixi həqiqətlərin arxivlərdə olduğunu deyərək, alimlərimizin bu sahədəki qiymətli tədqiqatlarını beynəlxalq aləmə çıxartmaq lazım olduğunu söyləyib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə “Şuşa İli” çərçivəsində gördükləri işlərdən danışıb. O, xarici ölkələrdə bu istiqamətdə daha fəal təbliğat aparmağın vacibliyini vurğulayıb.
Çıxışlardan sonra elmi məruzələr təqdim olunub.
ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın yaranma tarixi” mövzusunda məruzə edib. Şuşanı, onun tarixini 20 ildir araşdırdığını deyən professor, şəhərin əsasının qoyulmasının Pənahəli xanın adıyla bağlı olduğunu vurğulayıb.
O, Şuşanın məhəllələri, adının mənşəyi ilə bağlı ən son tədqiqatlara əsaslanan fikirlərini bölüşüb. Şuşanı formalaşdıran yerli türk tayfaları haqqında danışan C.Mustafayev Qarabağ xanlığının çar Rusiyasının işğalından sonrakı tarixindən də bəhs edib.
Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu” mövzusunda məruzə edib.
O, Qarabağ münaqişəsi barədə fikirlərini çatdırdıqdan sonra 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin regionda yeni geosiyasi reallıq yaratdığını açıqlayıb və Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətindən bəhs edib.
Türkiyənin Kastamonu Universitetinin professoru dr. Namiq Musalı “Qacarlar dövrünə aid bəzi farsdilli mənbələrdə Şuşa şəhərinin təsviri” mövzusunda məruzəsini videoformatda təqdim edib. O, qədim salnamələrdə və farsdilli mənbələrdə əksini tapmış Şuşa və İrəvan şəhərlərinin Azərbaycana məxsusluğu ilə bağlı mühüm faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda məruzə edib. Alim Şuşanın mədəniyyət mərkəzi kimi önəmli bir mövqeyə sahib olduğunu qeyd edib.
Şuşalı ictimai-siyasi xadimlərin fəaliyyətindən bəhs edən M.Cəbrayılov, Əhməd bəy Ağaoğlu və digərlərinin türk dünyasına verdiyi töhfələr haqqında da danışıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” mövzusunda məruzə edib.
Məruzəsində o, Şuşada fəaliyyət göstərən və dövrün nüfuzlu ziyalılarını birləşdirən ədəbi-bədii məclislərlə yanaşı, Qarabağ musiqisi, Şuşa musiqi məktəbi haqqında da danışıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “1918-1919-cu illərdə Şuşada keçirilən erməni qurultayları və onların AXC üçün nəticələri” mövzusunda məruzə edib. Məruzəsində o, xarici qüvvələrin Qarabağı ələ keçirmək istiqamətində cəhdlərindən danışıb. Tarixdə erməni-azərbaycanlı münaqişəsi haqqında faktlara toxunan T.Cəfərov, Azərbaycan Xalq Cümhuriyyətinin bu yöndə erməni təxribatlarının qarşısını almaq üçün gördüyü işlərdən də bəhs edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Yusif Vəzir Çəmənzəminlinin milli fəlsəfə tarixi və ictimai-fəlsəfi görüşləri” mövzusunda məruzə edib.
O, Y.V.Çəmənzəminlinin çoxşaxəli fəaliyyəti, onun gördüyü işlərdən bəhs edib. F.Ələkbərli şuşalı xadimlərə – Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və digərlərinə həsr olunmuş elmi-kütləvi tədbirlərin keçirilməsini vacib sayıb.
Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço çıxış edərək, Şuşa şəhərinin türk xalqları üçün əhəmiyyətindən, Şuşanın mədəni nailiyyətlərindən danışıb.
Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli Azərbaycan mədəniyyətini Avropaya tanıtmağın çox vacib olduğunu söyləyib.
Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu Şuşa və işğal olunmuş torpaqlarımız haqqında Ümummilli lider Heydər Əliyevin fikirlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ərazilərimizin azad edilməsi istiqamətindəki fəaliyyətindən ətraflı bəhs edib.
Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutunun professoru, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli Şuşa şəhərinin inkişaf perspektivləri ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta təmsil etdiyi ölkənin Şuşaya yatırımlar etmək imkanlarından, Avstraliyada azərbaycanlıların ermənilərə qarşı aktiv fəaliyyət aparmasının vacibliyindən danışıb.
Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva Avropa ölkələrində güclü mövqeləri olan erməni diasporunun yalanlarını ifşa etmək üçün həmin ölkələrə Azərbaycan haqqında tərcümə olunmuş daha çox məlumatın, kitabların, videoçarxların göndərilməsinə ehtiyac olduğunu bildirib.
Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva Şuşa barəsində düşüncələrindən, Pakistanda Azərbaycanı təbliğ etməsindən, ölkəmizə olan sevgisindən danışıb.
Tədbirdə Şuşa və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləciy bildirilib.
Ayxan
"Traxtur" səfərdə qalib gəldi, ikinci yerə yüksəldi
Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır
"İran Dürrə qaz yatağı üzrə heç bir haqqa malik deyil." Körfəz Əməkdaşlıq Şurası
ABŞ prezidentliyinə namzəd Tehrana qarşı daha sərt mövqe tutmağa tərəfdar çıxıb
“Tehran məhkəməsinin qərarı dəyərsizdir.”- ABŞ
SEPAH iki nef daşıyan gəmini ələ keçirib
"Hakimiyyət sosial gerçəklilərə razılaşmır"- sosioloq
Güneyli sənətçinin İsveçrədə rəsm sərgisi keçirilir
İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür
Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir
"Suverenliyimizi bərpa edəndə Qarabağda çoxsaylı erməni kontingenti var idi"
Mərənddə daha bir tarixi abidə dağılır
Azərbaycanlı uşağa Baycan adına kimlik sənədi alınıb
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü davam edir
“Hökumət bəhailəri yoxsul etmək və ziflətdirmək üçün cəhd edir” -Bəhailərin Beynəlxalq İcması
Güneyli aktivist özünü müdafiə üçün məhkəməyə çağırılıb
Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək
Məhbus güneyli hüquq müdafiəçisinə qarşı təzyiqlər artıb
“İranın onlarla yüksək vəzifəlisinin ölkəyə girişinin qarşısını almışıq” - Sərhəd Xidməti
Təbrizdə bir neçə fəal müvəqqəti azadlığa buraxılıb
İran heyəti BƏƏ-dəki sammiti tərk edib
Qəzvində etiraz aksiyası keçirilib
Güneyli fəal Yaşar Təbrizi təkadamlıq kameraya salınıb
Nərgiz Məhəmmədi dünyanın 25 nüfuzlu qadınları sırasında
"Azərbaycan-Rumıniya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var"
Urmu gölü çevrəsində ekoloji faciə şiddətlənəcək
"Anadolu"nun jurnalisti Qəzzada öldürüldü
Metallurgiya zavodunun işçiləri tətilə başlayıb
Milli aktivist Təhlükəsizlik İdarəsinə çağırılıb
Belçika parlamentinin İrana müxalif üzvünü həyatı təhlükədədir
Urmunun məşhur voleybol klubu ləğv edildi
İranda türk adlarına qadağa davam edir
İraqda İrana bağlı silahlı qrup üzvləri öldürülüb
Şərqi Azərbaycandan tibb sahəsində fəaliyyət göstərənlərin köçü artır
İranlıların Türkiyəyə səfərləri ilə türkiyəlilərin İrana səfərləri barədə statistika açıqlandı
Laçının işğaldan azad edilməsindən üç il ötür
Zəncanda yüksək rütbəli zabitlər qəzada öldü