SON XƏBƏRLƏR

Buşehr şəhərində hava hücumundan müdafiə sisteminin havadakı naməlum hədəflərə açdığı atəş səsləri eşidilib

2021.12.20, 13:01
Buşehr şəhərində hava hücumundan müdafiə sisteminin havadakı naməlum hədəflərə açdığı atəş səsləri eşidilib

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan video görüntülərinə görə, Buşehr nüvə təsisatına yaxın məntəqədə havadakı naməlum hədəflər məhv edilib.

Buşehr nüvə təsisatına yaxın ərazilərdə yerləşən bir sıra hərbi mərkəzlərə hücum edilməsi təxmin edilsə də, Buşehr ostandarının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədtağı İrani mediaya açıqlamasında nüvə təsisatı üzərində hərbi təlimlərin həyata keçirildiyi və atəş səslərinin bununla bağlı olduğunu iddia edib.

“Buşehr əyalətinin cənubunda səhər saat 05:00- radələrində nüvə təsisatının üzərində əvvəlcədən planlaşdırılan və koordinasiya edilən hərbi təlimlər həyata keçirilib”, -deyə Buşehr ostandarının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədtağı İrani bildirib.

O, təlimlərin detallarını mediaya açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri Beni Qants mediaya açıqlamasında İrana qarşı hücum seçiminə hazırlaşması üçün İsrail ordusuna  göstəriş verdiyini və Vaşinqtonun Tel-Əvivin bu qərarına qarşı çıxmadığın bəyan edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar