SON XƏBƏRLƏR

Buşehrin neft-kimya zavodunun işçiləri tətil aksiyasına başladı

2022.10.10, 07:47
Buşehrin neft-kimya zavodunun işçiləri tətil aksiyasına başladı

Gunaz.tv

1000-dən çox işçi yaydıqları bəyanatda ölkədə baş verən kütləvi etirazlara dəstəklərini bildirib, repressiyalara qareşı etiraz əlaməti olaraq naməlum müddətə kimi işi dayandırdıqlarını qeyd ediblər.

Zavodların ətrafında toplaşan işçilərin "ölüm olsun diktatora" şüarları səısləndirdikləri, polis qüvvələrinin zavoda gedən bütün yolları bağladığı və başqa bir neçə nef istehsalı müəssisəsinin işçilərinin də tətil aksiyasına başlayacaqları barədə xəbərdarlıq etdikləri bildirilir.

Qeyd edək ki, bundan öncə adı çəkilən zavodun işçiləri yaydıqları bəyanatda hökumətin repressiyalara son qoyulmayacağı təqdirdə işi dayandırıb və nümayişlərə qoşulacaqları barədə xəbərdarlıq etmişdilər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar