SON XƏBƏRLƏR

Bu gün Bayden və Putin İranla Vyanada aparılan nüvə danışıqlarını müzakirə edəcəklər

2021.12.30, 09:31
Bu gün Bayden və Putin İranla Vyanada aparılan nüvə danışıqlarını müzakirə edəcəklər

Gunaz.tv

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horne (Emily Horne) dekabrın 29-da məlumat yayıb. 

Amerikanın adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir rəsmisi isə “Röyters” agentliyinə açıqlamasında deyib ki, İranın nüvə proqramı və bununla bağlı Vyanada aparılan nüvə danışıqlarından başqa, hər iki prezidentin telefon danışığında Amerika və müttəfiqləri ilə Rusiya arasında gərginliyə səbəb olmuş Ukrayna məsələsi ətrafında da müzakirələr aparılacaq. 

Vyanada Tehranla aparılan nüvə danışıqlarına qatılan Rusiya nümayəndə heyətinin başçısı Mixail Ulyanov “Twitter” hesabında etdiyi paylaşımında bütün tərəflərin Vyanadakı danışıqlar prosesinin “müsbətə doğru” irəliləməsindən razı qaldığını bildirsə də, Amerika və avropalı müttəfiqləri danışıqlar prosesinin çox ləngidilməsindən və yeni bir razılaşmanın əldə olunması üçün bütün fürsətlərin getdikcə azalmasından xəbər verirlər. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar