SON XƏBƏRLƏR

Bu gün Təbrizdə ilk Universitetin qurulması barədə fərman imzalanıb

2022.12.30, 15:05
Bu gün Təbrizdə ilk Universitetin qurulması barədə fərman imzalanıb

Gunaz.tv

Milli Hökumətin başçısı Mircəfər Pişəvərinin tapışırığına görə, Azərbaycanın gömrük gəlirlərinin 25%-i bu Universitetə ​​ayrılıb.

Bu aylıq məbləğ 100-120 min tümən arasında hesablanıb. Milli Hökumət Universitetə ​​hər il bir milyon yarım tümən pul ayırmağı qərara alıb. Azərbaycan Universitetinin ilk rektoru doktor Nüsrətullah Cahanşahlu təyin edilib.

1946-cı il iyunun 12-də Təbriz Universitetinin təməl daşı milli hökumətin başçısı Mir Cəfər Pişəvəri tərəfindən qoyulmuşdur. 

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə Universitetin adı "Daneşqah-e Azərabadeqan"a dəyişdirildi. 

İranda 1979-cu ildə mollalar hakimiyyəti ələ aldıqdan sonra Universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-e Təbriz (Təbriz Universiteti) adlandırıldı.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar