Bu gün Beynəlxalq Ana Dili Günüdür-İranda on milyonlarla soydaşımızın ana dilində təhsil hüququ yoxdur

21.02.2022, 11:24

​​​​​​​21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Gunaz.tv Quote | Gunaz article

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. 

YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bu gün İran adlanan ölkədə yeridilən şovinist siyasət nəticəsində qeyri-fars millətlərinin ən doğal hüquqları, o cümlədən ana dilində təhsil almaq hüququ pozulur. İranın bütün qeyri-fars millətləri bəluclar, türkmənlər, kürdlər, ərəblər də etnik diskriminasiya siyasətinə məruz qalır. 

Fars şovinizimin basqılarına ən çox məruz qalan da Güney Azərbaycan türkləridir. Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir, lakin bu tədbirlərin təşkilatçıları İran rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır.

Təxminən hər il Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda soydaşımız rejim tərəfindən saxlanılır.

Bu gün Güneydə onlarla ana dili məhbusu, o cümlədən Tohid Əmirəmini, Əkbər Nəimi, Məhəmməd Eyni, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Ruzbeh Piri cəza çəkir. Tanınmış milli fəal Abbas Lisani məhkəmədə türk diində müdafiə olunmaq tələbi ilə çıxış etdiyinə görə təzyiqlərə məruz qalıb. 


Güney Azərbaycan türkləri dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətini ana dilində təhsil məsələsinə cəlb etmək üçün çeşidli cəhdlərə baş vurur, ancaq millətin bu haqlı tələbi heç bir şəkildə təmin olunmur, mədəni fəallara polis dəyənəkləri, təzyiqlər və həbs cəzası ilə qarşılıq verilir.

Beynəlxalq Ana Dili Günü ərəfəsində divarlara “Türk  dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili rəsmi dil kimi tanınsın”, “Yaşasın Azərbaycan”, “Ana dilim - Türk dili”, “İran türklər üçün zindandır” və s. kimi şüarların yazılması, bu zəmin broşura və vərəqələrin paylanması adi hala çevrilib.

İranın qüvvədə olan Konstitusiyasında qeyri-fars millətlərinə ana dilində təhsil almaq hüququ verilib. Lakin bu hüquq kağız üzərində qalıb. Hər seçkidə prezidentliyə namizədlər qeyri-fars millətlərinə ana dili ilə bağlı şirin vədlər versələr də, sonradan bu vədi “unudurlar”.

İranda super-etnos sayılan farsların sayı türklərin sayından artıq deyil. 

Lakin hakimiyyətdə olan molla cildinə girmiş fars şovinistləri 30 milyondan çox Azərbaycan türkünün doğal haqqını tanımaq niyyətində deyil.

Molla rejimi yalnız fars dilinin inkişafının qayğısına qalır. Fars dilini nəinki İranda, hətta qonşu dövlətlərdə də inkişaf etdirmək siyasəti aparılır. Bu siyasətə milyonlar xərclənir.

İran hakimiyyətinin məqsədi türk dilini unutdurmaq, türk milli kimliyini məhv etməkdir. Ölkədə uşaqlara türk adlarının verilməsi yasaqdır. Uşaqlara yalnız dini və fars mənşəli adlar qoyula bilər.

Məsələn, güneyli valideyn övladına “Laçın”, “Yağış”, “Aydın”, Yağmur”, “Aylin” adını qoya bilməz. Ancaq fars kültüründən gələn “Kuruş”, “Dariyuş”, “Kambiz”, “Mənuçöhr” adını qoya bilər.

Fars şovinistlərinin əsas amacı İranda etnik asimilyasiya siyasəti aparmaq, qeyr-fars dillərini məhv etmək, bütün millətləri tədricən farslaşdırmaqdır. 

Lakin bu mürtəce siyasət iflasa məhkumdur. İran millətləri artıq əvvəlki durumda deyil. Son 20 ildə qeyr-fars millətlərində milli şüurun oyanışı prosesi sürətlənib. Artıq Güney Azərbaycan türkləri məzhəb çadrasına bürünmüş rejimin əsl mahiyyətini yaxşı bilir.

Rejimin bütün basıqaların baxmayaraq türk dilinin qorunub saxlanılması uğrunda mücadilə davam edir. 

Hər il Güney Azərbaycan şəhərlərində uşaqlarla və yeniyetmələrə türk dilində çap olunmuş kitablar paylanılır. Milli fəallar sosial şəbəkələrdə ana dili aksiyaları keçirir, müxtəlif adlı həştəqlərlə kampaniyalar təşkil edir. Ana dilimiz bütün basıqalara rəğmən yaşayacaq, inkişaf edəcək. 

Heç kimi baldan şirin dilimizi unutdura bilməyəcək. 70 il rus imperiyası Quzey Azərbaycanda bunu bacarmadı, fars şovinistləri də nail ola bilməyəcək. 
Sevimli şairimiz Vaqif Bayatlı Önərin təbiri ilə desək:

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19