SON XƏBƏRLƏR

Bu gün Vyanada İranla Qərb arasında nüvə danışıqlarının 8-ci mərhələsinı başlanılır

2021.12.27, 12:35
Bu gün Vyanada İranla Qərb arasında nüvə danışıqlarının 8-ci mərhələsinı başlanılır

Gunaz.tv

Yayılan məlumata görə, İranın Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni nüvə danışıqlarının 8-ci mərhələsinə qatılmaq üçün bu gün səhər saatlarında Vyanaya səfər edib. 

Bildirilir ki, Baqiri Kənini Vyanaya səfərdə İran Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bir neçə müavini müşayiət edir.

İranın Vyanadakı nümayəndə heyətinə yaxın olan və adının çəkilməsini istəməyən bir mənbə “İrna” agentliyinə açıqlamasında iddia edib ki, İran ən qısa bir zamanda Qərblə “yaxşı bir razılaşma”nın əldə olunmasının tərəfdarıdır.

“Lakin biz danışıqların müddəti ilə bağlı səsləndirilən saxta “son vaxt” ultimatumlarının əsiri olmayacaq”, -deyə sözü gedən mənbə bildirib.

Qeyd edək ki, bu günə qədər Vyanada nüvə danışıqlarının 7 mərhələsi keçirilsə də, İranın danışıqlardan yayınmağa çalışması və müzakirələrə dekonstruktiv yanaşması ucbatından müsbətə doğru konkret hər hansı nəticə əldə olunmayıb.

Xatırladaq ki, bundan əvvəl “İsrailin müdafiə naziri Beni Qants İrana hücum vaxtının cədvəlini amerikalılara təqdim edib”.

Bu barədə İsrail mediası dekabrın 11-də bu ölkənin adının açıqlanmasını istəməyən yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən birinə istinadən məlumat yayıb.

İsrail rəsmisi deyib ki, Qants İrana hücumla bağlı vaxt cədvəlini dekabrın 9-da Vaşinqtonda yüksək vəzifəli Amerika rəsmiləri ilə keçirdiyi görüündə onlara təqdim edib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar