Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

13.08.2022, 09:45

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsində su çatışmazlığının şiddətlənməsi ilə əlaqədar narazılıqların artması şəhərin cümə imamını da etiraz etməyə məcbur edib.

Gunaz.tv Quote | Gunaz article

Xudafərin şəhərinin cümə imamı Hadi Ziyai bölgədə infrastrukturun məhv edildiyini deyib.

O, dəyişiklik və təmir adına şəhərin bir çox bölgələrində infrastrukturun dağıdıldığını, nəzərdə tutulan layihələrin yarışmçıq saxlanıldığını və bunun nəticəsində yerli əhalinin problemlərinin daha da çoxaldığını deyib.

"Bundan öncə mövcud olan və sonradan aradan aparılan imkanlardan yenidən istifadə etmək üçün əhali nə qədər gözləməlidir? Bu layihələri tamamlamağı bacarmayacaqdınızsa niyə başlayırdınız"-deyə, Hadi Ziyai məsulları tənqid edib.

Cümə imamı Araz çayının qıraında yerləşən bölgə əhalisinin susuzluqdan əziyyət çəkməsini, su çatışmazlığının olmasını utandırıcı adlandırıb.

"Araz çayının bir neçə metrliyində yaşayan insanlar susuz qalıblar, bu sadəcə ayıbdır"-deyə, molla Ziyai qeyd edib.

Qeyd edək ki, Şərqi Azərbaycanın başqa bölgələrində olduğu  kimi işsizlik və infrastruktur olmaması səbəbindən Xudafərindən də mərkəzi əyalətlərə köç davam edir.

Bir müddət bundan öncə Şərqi Azərbaycan əyalətinin Kəleybər, Xudafərin və Horand bölgələrinin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi seçildiyi bölgələrin əhalisinin başqa yerlərə köçünün kəskin şəkildə artdığını deyib.

Onun sözlərinə görə, düzgün kommunikasiya yollarının olmaması, içməli və kənd təsərrüfatına lazım olan suyun çatışmazlığı bu prosesi sürətləndirib.

"Xudafərin, Kəleybər və Horand su bəndlərinin tikintisinin yarımçıq qalması, Xudafərin sərhəd-keçid məntəqəsinin işlək olmaması, tibb və səhiyyə infrastrukturunun yoxluğu təmsil olunduğum bölgə əhalisinin köçünə səbəb olub”-deyə, millət vəkili bildirib.

O, sadalanan problemlər ucbatından bu günə kimi sözügedən bölgədə yaşayan əhalinin sayının üç qatı qədər insanın başqa yerlərə miqrasiya etdiyini qeyd edib.

Hüseyn Hatəmi Kəleybər, Xudafərin və Horand bölgələrinin əsas problemlərindən birinin içməli su olduğunu deyib, “Peyğam” su bəndinin tikintisinin üstündən 25 il keçməsinə baxmayaraq 50% irəliləyiş olduğunu söyləyib.

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02