SON XƏBƏRLƏR

Xudafərində kənd məktəbinin bərbad vəziyyəti müzakirələrə səbəb olub

2021.12.09, 13:18
Xudafərində kənd məktəbinin bərbad vəziyyəti müzakirələrə səbəb olub

Gunaz.tv

Sosial media istifadəçiləri Xudafərinin “Ərzin” kəndində yerləşən məktəbin müharibə bölgəsində qalan xarabalığa oxşadıb və əlaqədar qurumların, Təhsil Nazirliyinin bölgə məktəblərinə diqqətsizliyini qınayıblar. 

Oturacaq və masaların olmadığı, şagirdlərin quru yerdə palaz üstündə oturaraq təhsil aldıqları bir otaqlı məktəbin müəllimi Nahid Əfrəngin fədakarlığı sosial media istifadəçiləri tərəfindən təqdir olunub. 

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Məhəmməd Nəcəfi noyabrın 11-də mətbuata verdiyi müsahibədə əyalət məktəblərinin 40%-dən çoxunun istifadəyə yararsız olduğunu deyib.

M.Nəcəfi hal-hazırda Şərqi Azərbaycanda mövcud olan 24 min sinif otağının ən azı 10 mininin yenidənqurmaya ehtiyacı olduğunu. bunun üçün vəsait çatışmazlığı yaşadıqlarını söyləyib.

Uzun illərdir İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

C.E

content_image_1639036639.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar