SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023.03.20, 12:20
Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

Gunaz.tv

“Mehr”ə istinadən bildirir ki, diplomatik nümayəndəlik 12 il əvvəl bağlanmışdı.

Rusiya bu məsələdə Suriya və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Nəticədə konsulluğun fəaliyyətini bərpa etməsi barədə qərar verilib.

Bundan əvvəl rəsmi Moskva eyni məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Suriya arasında vasitəçilik edib. Danışıqlar müsbət nəticələnib və BƏƏ Dəməşqdə konsulluq açmağa razılıq verib.

Xatırladaq ki, Suriya rəhbəri Bəşşar Əsəd martın 19-da Prezident Mohammed bin-Zeid Al Nahyan ilə danışıqlar aparmaq üçün BƏƏ-də səfərdə olub. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar