SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı: “Beynəlxalq birlik İranın nüvə razılaşmasının şərtlərini pozmasının qarşısını almalıdır”

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı: “Beynəlxalq birlik İranın nüvə razılaşmasının şərtlərini pozmasının qarşısını almalıdır”

Gunaz.tv

Sentyabrın 28-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Feysəl bin Fərhan deyib ki, İranın nüvə fəaliyyətlərini müxtəlif sahələrdə inkişaf etdirərək sürətləndirməsi, onun apardığı nüvə proqramının dinc xarakter daşıması ilə bağlı iddiasına ziddir.


“Hesab edirik ki, beynəlxalq birlik İranın nüvə razılaşmasının şərtlərini pozmasının qarşısını almalıdır.

 
Səudiyyə Ərəbistanı beynəlxalq birliyin İranın istər qısa müddətdə, istərsə də uzun müddətdə nüvə silahına yiyələnməsinin qarşısının alınması istiqamətində atdığı bütün addımlarını dəstəkləyir”, -deyə Feysəl Bin Fərhan bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar