SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ilə Amerika İranın nüvə proqramını müzakirə ediblər

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı ilə Amerika İranın nüvə proqramını müzakirə ediblər

Gunaz.tv

Görüşdə İranın nüvə proqramı və bir sıra digər regional məsələlər barədə müzakirələr aparıb.

Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan dünən “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb. 


O bildirib ki, Blinkenlə İran və onun nüvə proqramı, eləcə də digər regional və beynəlxalq məsələlər barədə səmərəli danışıqlar aparıb, fikir mübadiləsi edib.


“Bu gün dostum ABŞ-ın xarici işlər naziri Antoni Blinkenlə görüşüb faydalı danışıqlar apardıq. Görüşdə həm bizim, həm də Amerikanın maraq dairəsində olan, eləcə də hər ikimizin narahatlığımıza səbəb olan mövzular haqda danışıqlar apardıq. 


Biz həmçinin hər iki millətin müxtəlif sahələrdə birgə strateji əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə edib, fikir mübadiləsi etdik”, -deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan “Twitter” hesabında etdiyi paylaşımında bildirib.


Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə bununla bağlı yaydığı bəyanatda bildirib ki, Feysəl Bin Fərhan həmçinin Amerikanın İran üzrə xüsusu nümayəndəsi Robert Mali ilə keçirdiyi görüşdə İranın nüvə

razılaşması ilə bağlı beynəlxalq müqaviləri kobud şəkildə pozduğunu və İranın bu addımına qarşı birgə tədbirlərin görülməsinin vacib olması barədə müzakirələr aparıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar