SON XƏBƏRLƏR

ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında aparılan danışıqları müsbət qarşıladığını bildirib

2021.10.20, 07:36
ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında aparılan danışıqları müsbət qarşıladığını bildirib

Gunaz.tv

Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali oktyabrın 4-də “Twitter” hesabında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhanın məsələ ilə bağlı dediklərini paylaşaraq bildirib.


Faysal bin Fərhan, bir gün əvvəl Avropa Birliyinin xarici siyasət siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell ilə keçirdiyi birgə mətbuat konfransında rəsmi Ər-Riyadla İranın yeni hökuməti arasında danışıqlara başlanılması ilə bağlı yayılan xəbərləri təsdiqləmişdi.


Robert Mali öz paylaşımında deyib ki, Vaşinqton İranın yeni hökuməti ilə Səudiyyə Krallığı arasında danışıqların vasitəçi olmadan aparılmasının yüksək dəyərləndirir, müsbət qarşılayır.


“Ümid edirik ki, bu danışıqlar regionda uzun müddətli nigaranlıqların və yaşanan gərginliyin aradan qaldırılmasına gətirib çıxaracaq. Hesab edirik ki, həm Amerika, həm də İranın qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtması regionda aparılan bu kimi cəhdlərə yardım edəcək”, -deyə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali  “Twitter”də etdiyi paylaşımında bildirib.


Qeyd edək ki, son aylar İran və Səudiyyə Ərəbistanı nümayəndələri İraq hökumətinin vasitəçiliyi ilə bir neçə dəfə Bağdadda görüşərək qarşılıqlı diplmatik əlaqələri yenidən bərpa etmək xüsusunda danışıqlar aparıblar.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar