SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ilə İran arasında səfir mübadiləsi müzakirə olunacaq

2023.03.16, 14:41
Səudiyyə Ərəbistanı ilə İran arasında səfir mübadiləsi müzakirə olunacaq

Gunaz.tv

Bu barədə İran xarici işlər nazirinin müavini Əlirza İnayəti məlumat verib.

O, bununla bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını desə də, görüşdə vasitəçi kimi üçüncü tərəfin olub-olmayacağı barədə məlumat verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan mediaya verdiyi açıqlamada İranla bağlı münasibətlərin qurulması barədə fərqli fikir səsləndirib.

"Çin vasitəçiliyi ilə Pekində İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma İranla aramızda olan problemlərin həlli demək deyil",- o bildirib.

Günaz.TV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar