SON XƏBƏRLƏR

"İranın nüvə proqramının şəffaf olmamasından narahatıq"-Səudiyyənin BMT-dəki nümayəndəliyi

2022.08.05, 06:18
"İranın nüvə proqramının şəffaf olmamasından narahatıq"-Səudiyyənin BMT-dəki nümayəndəliyi

Gunaz.tv

Bu barədə “Arab News” internet saytı avqustun 4-də xəbər yayıb.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Əbdüləziz Əl-Vasil İranın beynəlxalq nüvə müfəttişləri ilə qarşılıqlı əlaqədə şəffaflığın olmamasını və beynəlxalq nüvə sazişləri üzrə öhdəliklərinə əməl etməməsini Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə, beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirib.

"Səudiyyə Ərəbistanı Krallığı İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün beynəlxalq səyləri dəstəkləyir"-deyə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin 10-cu baxış iclasında çıxış edən Əl-Vasil deyib.

Üç il əvvəldən bəri İran, Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılması öhdəliklərini azaldaraq, nüvə proqramını görünməmiş şəkildə inkişaf etdirir.

Qeyd edək ki, Əli Xameneyinin müşaviri və Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərazi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami də daxil olmaqla İranın rəsmiləri bu ölkənin atom bombası yaratmaq qabiliyyətinə malik olduğunu, ancaq İranın hazırda belə bir planının olmadığını iddia ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar