SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında ideoloji təbliğat aparan İrana yaxın şəxs saxlanılıb

2022.08.18, 12:55
Səudiyyə Ərəbistanında ideoloji təbliğat aparan İrana yaxın şəxs saxlanılıb

Gunaz.tv

İranın "Fars" xəbər agentliyi Xəlil Dərdmənd adlı fəalın Qasım Süleymaninin fotolarını özünün tvvitter hesabında yaydığı üçün Ərəbistan polisi tərəfindən həbs edildiyini bildirib.

İran mediası Xəlil Dərdməndi "media fəalı" kimi qələmə verib və onun "şəhidlər xatirəsi"nə paylaşımlar etdiyini yazıb.

Səudiyyə Ərəbistanı bu günə kimi adı çəkilən iranlının həbsi barədə hər hansı açıqlama verməyib.

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın avqustun 5-də iraqlı həmkarı ilə telefon əlaqəsi saxlayaraq İran vətəndaşının həbsdən azad edilməsi üçün yardım istədiyi bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dini ərasim sayılan həc ziyarəti zamanı hər hansı siyasi hərəkət və təbliğatı qadağan edib və bu ölkənin polisi bu qaydanı pozanlara qarşı sərt tədbirlər görür.

Rəsmi ər-Riyad dinin siyasiləşdirilməsinin islama hörmətsizlik, insanların inanclarından su-istifadə olduğunu hesab edir və İranın həcc ziyarətindən ideoloji təbliğat kimi istifadəsinə imkan vermir.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar