SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı: “İran regionda gərginlik yaratmaqdan əl çəkməlidir”

2021.11.30, 13:21
Səudiyyə Ərəbistanı: “İran regionda gərginlik yaratmaqdan əl çəkməlidir”

Gunaz.tv

O deyib ki, rəsmi Ər-Riyad beynəlxalq qurumların İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün göstərdiyi səyini dəstəkləyir.

Səudiyyə Krallığı və regionun digər ərəb ölkələri 40 ildən çoxdur ki, Orta Şərqin nüvə silahlarından və digər kütləvi qırğın silahlardan təmizlənməsi üçün çalışırlar. Məhz buna görə də, biz beynəlxalq alımdə İranın nüvə silahı istehsal etməsinin qarşısını alan bütün səylərə dəstək veririk.

Hesab edirik ki, İran İslam Respublikası regionda gərginlik yaratmaqdan əl çəkməli, onun üçün yaranmış diplomatik fürsətlərdən istifadə edərək apardığı nüvə proqramı ilə bağlı Vyanada aparılan ciddi müzakirələrə qatılmalıdır”, -deyə Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla Bin Yəhya əl Müəllimi dünən BMT toplantısındakı çıxışında bəyan edib. 

Qeyd edək ki, 5 ay fasilədən sonra İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-u axşam saarlarında start verilib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar