SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açıb

2022.07.15, 09:20
Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açıb

Gunaz.tv

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Müvafiq qərarın üç qitəni birləşdirən qlobal qovşaq kimi Səudiyyə Ərəbistanın mövqeyinin möhkəmləndirilməsinə və beynəlxalq hava daşımalarının yaxşılaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Hava məkanının açılması ABŞ Prezidentinin İsrailə səfəri zamanı baş tutub. O, qərarı alqışlayıb.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib:

“Prezident Bayden Səudiyyə rəhbərliyinin ayrı-seçkilik olmadan bütün mülki daşıyıcılara hava məkanını açmaq barədə tarixi qərarını alqışlayır və təsdiqləyir”. (apa)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar