SON XƏBƏRLƏR

UEFA nümayəndələrindən Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verilib

2021.10.20, 07:36
UEFA nümayəndələrindən Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verilib

Gunaz.tv

GünAz TV: Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər. 

 

Azərbaycan mətbuatında yayılan məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

 

Xatırladaq ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar