Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04 14:40

İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə üzrə Qərargahın tibb və təhlükəsizlik şöbəsindən maska taxmayan vətəndaşlara xidmət göstərilməməsi ilə bağlı dövlət idarələrinə göstəriş verməsini istəyib.

Gunaz.tv Quote | Gunaz article

Bu istəyi Koronavirusla Mübarizə üzrə Qərargahın bu gün keçirilən iclasında səsləndirən Ruhani həmçinin Məhkəmə Sistemi və "Bəsic Qüvvələrin"i veriləcək qərarın tam icra edilməsinə nəzarət etməyə çağırıb. 


O, həmçinin maska taxmamış dövlət qulluqçularının da iş yerlərinə buraxılmamasını istəyib. 


İran Prezidenti həmçinin koronavirusa yoluxduğunu gizlədən vətəndaşları tənqid edərək, qərargahdan bu cür vətəndaşlara qarşı qanuni tədbirlər görməyi tələb edib.  O, koronavirusa yoluxmasını ətrafındakı insanlara açıqlamağı "şəri vəzifə", bunu etməməyi isə "mədəni problem" adlandırıb. 


Qeyd etmək lazımdır ki, aylar sonra nəhayət iyunun 5-də İranda ictimai məkanlarda tibbi maska taxmaq məcburi olacaq. 


Son həftələr ərzində ölkə ərazisində Covid-19 infeksiyasına yoluxma və ondan ölmə halları yüksəldiyindən, bir çox iranlı rəsmi əlaqəli qurumları karantik rejimi qaydalarını pozan vətəndaşlara qarşı qanuni cəza tədbirləri görməyə çağırırlar. 


İranın Səhiyyə Nazirliyinin rəsmilərinin dediklərinə görə, ölkənin bir çox bölgələrində insanların koronavirusa qarşı həssaslığı 90%-dən 20%-ə enib. 


İran hökuməti son günlər ərzində maska taxmağı icbari etmək, eləcə də ənənəvi və dini mərasimləri ləğv etməklə, artım tempini aşağı salmağa çalışır. 


Ötən gün İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari koronavirusun yayılması baxımından ölkənin 14 əyalətində vəziyyətin çox ağır olduğunu deyib. Bununla belə, nazir müavini Qasım Canbabayi isə heç bir əyalətdə vəziyyətin yaxşı olmadığını bildirib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranın İlam əyalətində baş verən silahlı hücumda hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı öldürülüb

2021-03-01

gun az article

İranın Kirman əyalətində 4 bal gücündə zəlzələ olub

2021-03-01

gun az article

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı

2021-03-01

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

2021-03-01

gun az article

Qarabağda Rusiya sülhməramlıları üçün daha 4 şəhərcik salındı

2021-03-01

gun az article

Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı – Fotolar+ Video

2021-03-01

gun az article

Yoluxanların sayı sağalanları ötdü - Günün statistikası

2021-03-01

gun az article

İranda koronavirusdan daha 93 nəfər ölüb, 8010 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-02-28

gun az article

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... – Video

2021-02-28

gun az article

Ağdam rayonunun Eyvazxanbəyli kəndi - VİDEO

2021-02-28

gun az article

Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA

2021-02-28

gun az article

BMT Baş Qərargahı qarşısında Xocalı sərgisi

2021-02-28

gun az article

Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR

2021-02-28

gun az article

Yoluxanların və ölənlərin sayı artdı

2021-02-28

gun az article

Azərbaycanda vaksinasiya olunanların son sayı – STATİSTİKA

2021-02-27

gun az article

GünAz.TV-nin hörmətli izləyicilərinin diqqətinə!

2021-02-27

gun az article

İranda daha 81 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 60 000 nəfərə yaxınlaşıb (Rəsmi statistika)

2021-02-27

gun az article

Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ

2021-02-27

gun az article

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir” - VİDEO

2021-02-27

gun az article

İranın 11 əyalətində koronavirusun mutasiya etmiş ştammı yayılmağa başlayıb

2021-02-27