Ruhani: "Amerika üzr istəsə, müzakirəyə hazırıq"

2020-06-24 15:05

İran Prezidenti Həsən Ruhani bildirib ki, əgər Amerika nüvə razılaşmasından çıxdığına görə "üzr istəsə" və ölkəsinə dəyən ziyana görə "kompensasiya ödəsə", Tramp administrasiyası ilə müzakirələrə başlaya bilərlər.

Gunaz.tv Quote | Gunaz article

Bu sözləri bu gün hökumət kabinetinin iclasında səsləndirən Ruhani Trampın iranlı rəsmiləri danışıqlara çağırmasına cavab olaraq qeyd edib ki, ölkəsi heç vaxt heç nə üçün gecikmir və hər zaman danışıqlara hazırdır. 


Amerika Birləşmiş Millətlər Təşkilatının qanun və qaydalarına əməl etməyə və nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlasa, habelə Konqres və Ağ ev tutduqları yoldan dönüb, 5+1 formatına qayıtmağa qərar versə, biz müzakirə aparmağa hazırıq", - deyə İran Prezidenti əlavə edib. 


Ruhani həmçinin iddia edib ki, Avropa ölkələri nüvə razılaşmasına əməl edə bilmədikləri üçün "İranın yanında xəcalətlidirlər" və hər dəfə görüşlərdə və ya telefon zənglərində "bizdən üzr istəyirlər". 


O, sonda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranla bağlı qətnaməsinin ABŞ və İsrailin "təzyiqləri" nəticəsində qəbul edildiyini iddia edib. 


Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp iranlı rəsmiləri ölkəsində keçiriləcək prezident seçkilərinin nəticələrini gözləmədən müzakirələrə başlamağa çağırmışdı. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Bolqarıstan parlamenti buraxıldı

2021-05-11

gun az article

Azərbaycanda COVİD-19 statistikası: Yoluxma sayı azaldı

2021-05-11

gun az article

İranşəhrdə 5 yaşlı uşaq polis tərəfindən güllələndi–ETİRAZ

2021-05-11

gun az article

Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTOLAR

2021-05-11

gun az article

Türkiyə XİN Rusiyaya başsağlığı verdi

2021-05-11

gun az article

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi – Tatarıstanda matəm elan olundu

2021-05-11

gun az article

Ned Prays: “Amerikanın nüvə sazişinə qayıtması onun digər sahələrdə İrana qarşı sanksiyalar qoymasına mane olmayacaq”

2021-05-11

gun az article

Azərbaycanla Rusiya arasında yeni sənəd İMZALANDI

2021-05-11

gun az article

İranda koronavirusdan daha 307 nəfər ölüb, 18 133 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-11

gun az article

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib

2021-05-11

gun az article

“Minalanmış ərazilərin xəritəsi məsələsi tezliklə həll olunacaq” - Lavrov

2021-05-11

gun az article

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"

2021-05-11

gun az article

Azərbaycan XİN başçısı: "Ermənistan sülh prosesini pozur"

2021-05-11

gun az article

İranda prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb

2021-05-11

gun az article

Amerikada İran müzakirəsi: “Bu, İranın siyasi dairələrində ciddi narahatlıq doğurub”-Millət vəkili

2021-05-11

gun az article

İranda təlim təyyarəsi qəzaya uğrayıb: Pilot və köməkçisi həlak olub

2021-05-11

gun az article

İran hakimiyyətində qarşıdurma: Ruhani Nəzarət Şurasının qalmaqallı qərarını rədd etdi

2021-05-11

gun az article

Rusiyada naməlum şəxslər orta məktəbi atəşə tutdu -8 şagird həlak oldu

2021-05-11

gun az article

Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

2021-05-11

gun az article

BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb

2021-05-11