"Ukrayna düyünü”: Türkiyəni oda kim itələyir?-ŞƏRH

2021-04-12 17:15

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri başa çatdı.

Gunaz.tv Quote | Gunaz article

Ekspertlər hesab edir ki, Rusiya tərəfindən işğal olunmuş Krım və Donbasda savaşa başlamağı planlaşdıran rəsmi Kiyev bu yöndə Ankaradan gərəkən dəstəyi ala bilməyib. 

44 günlük savaşda Azərbaycana hərtərəfli dəstək verən Türkiyə Ukraynaya da dəstək verəcəkmi?

“Türkiyə arada qalmaq istəmir”

Politoloq Natiq Miri Günaz.TV-yə açıqlamasında deyib ki, Ukrayna-Rusiya arasında seçimi qarşısında Ankaranı hazırkı mövqeyi çox doğrudur: “Bu, ən doğru seçim oldu. 

Natiq Miri: “Üçüncü dünya müharibəsinin başlama ehtimalı yox  dərəcəsindədir” – Müsahibə

Ona görə ki Ərdoğan Ukrayna-Rusiya, Qərb-Rusiya qarşıdurması arasında qalmaq istəmir. İkincisi, Türkiyə anlayır ki, Qara dəniz ekvatoriyasında vəziyyət nəzarətdən çıxmış olsa Türkiyə prosesə hərbi müdaxilə etmək məcburiyyətində qalacaq. 

Çünki əgər ABŞ və ya NATO Ukraynaya dəstək verərlərsə, Türkiyənin prosesdə iştirak etmə məcburiyyəti yaranacaq. Birincisi ona görə ki, Türkiyə su sərhədləri boyunca təhlükəli vəziyyət yaranacaq. 

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər | Report.az

Ankara isə bunda maraqlı deyil. Ayrıca Türkiyə bu seçim qaşısında qaldığı təqdirdə birini seçmək məcburiyyəti ilə üzləşir. Ya ABŞ-ın rəhbərlik etdiyi NATO-nun, ya da Rusiyanın tərəfini tutmalıdır. Bu isə indiki geosiyasi durumda Türkiyəyə lazım deyil. 

NATO üzvü olan dövlətlər bu gün Türkiyəyə sanksiyalar tətbiq edir. Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin müstəvidə davam edir. Ağ Ev Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirsə, Ankaranın seçimi birmənalı şəkildə ABŞ-dan yana ola bilməz. 

Ona görə də alternativ olaraq Rusiya ilə sıx münasibətlər Ankara üçün çox vacibdir. Türkiyə bu iki güc arasında qalmamaq üçün mövqeyini ifadə etdi. Prezident Ərdoğan Zelenski ilə görüşdən sonra Qara dənizin sülh dənizi olması üçün əməkdaşlıqda maraqlı olduğunu vurğuladı”.

“Türkiyə öz sərhədləri boyunca bu münaqişəni başlanmasını istəmir”


Politoloq hesab edir ki, situasiya fərqli olduğundan Azərbaycanla Ukraynanı müqayisə etmək doğru deyil: 

“Burada situasiya tamamilə fərqlidir. Azərbaycan Türkiyə ilə qardaş dövlətlərdir. Azərbaycan ciddi şəkildə işğala məruz qalmış bir ölkədir. Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmişdi. 

Qara dənizdə Ukrayna və Türkiyə hərbi gəmiləri birgə...

Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq, BMT tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etmək üçün Türkiyə kimi güclü dövlətin dəstəyinə ehtiyacı vardı. Çünki 30 il idi ki, bu problemin həllinə imkan verməyən güclü Rusiya amili idi. 

Rusiyanı dayandıra biləcək yeganə güc mərkəzi qardaş Türkiyə idi. 2020-ci ilin sentyabrın 27-də əks-həmlə əməliyyatı başlanan kimi Türkiyə prezidenti Rusiyanın prosesə müdaxiləsinin qarşısını aldı. Bu çox əhəmiyyətli məqam idi. 

Ankara anlayırdı ki, Azərbaycan Türkiyənin dəstəyi olmadan öz torpaqlarını azad edə bilməz. Təbii ki, burada Türkiyənin özünün geosiyasi maraqları da var. Türkiyə Azərbaycan vasitəsilə Cənubi Qafqazda ciddi şəkildə öz varlığını sürdürür. 

Türkiyə Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya öz çıxışını təmin etmək üzrədir. Qarabağ müharibəsindən sonra Mərkəzi Asiyanın türk cümhuriyyətləri ilə müqavilələr bağlamağa başlayıb. Mərkəzi Asiya ölkələri də gördülər ki, Türkiyə o səviyyəə çatıb ki, o dövlətləri Rusiyanın təhdidindən qoruya bilər. 

Türkiyənin Mərkəzi Asiya ölkələri üçün cəlbediciliyi artıb. Ancaq Ukrayna fərqli bir müstəvidə olan bir ölkədir. Çünki Ukrayna geosiyasi maraqların toqquşduğu bir bölgədir. Ukrayna Rusiyanın sərhədləri boyuna yerləşmiş strateji bir ölkədir. 

Ukraynanın nəzarətə götürülməsi  NATO-nun Rusiyanı çevrələməsi anlamına gəlir. Bu, təhlükəsizlik baxımından Rusiya üçün vazkeçilməz bir məsələdir. Qərb də bunu anlayır və Rusiyanı zərərsizləşdirmək üçün Ukrayna amilindən istifadə edir. Bu geosiyasi toqquşmada Türkiyə arada qalmaq istəmir. 

Admirallardan sonra sabiq millət vəkilləri də Montrö razılaşmasını  dəstəklədilər

Türkiyə öz sərhədləri boyunca bu münaqişəni başlanmasını istəmir. Onsuz da digər sərhədləri boyunca ciddi təhdidlər var.  Bəzi qüvvələr regionda terror dəhlizi yaratmaq istəyirlər. Bununla Aralıq dənizi bölgəsində çıxmaq, orada mövcud olan karbohidrogen ehtiyatlarını Qərbə daşımaq istəyirlər. 

Türkiyə bu təhlükəni anladığı üçün Ukrayna-Rusiya toqquşmasına qarışmaq istəmir. Ankara bəyan etdi ki, biz Krımı, Donbası Ukraynanın ərazisi hesab edirik, ancaq eyni zamanda problemin sülh çərçivəsində həll olunmasına maraqlıyıq. 

Bu ərəfədə istefada olan admiralların bəyanatı ortaya çıxdı. Türkiyəyə barmaq silkələndi. Bunun edən kim idi? Əlbəttə ki, Qərb bununla Ərdoğana xəbərdarlıq etdi. 

Bu, həm də Ukrayna-Rusiya münaqişəsi ərəfəsində Türkiyəyə verilmiş mesaj idi. Ona görə də Ankara bu məsələdə doğru qərar verdi”.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

2021-05-13

gun az article

Livandan İsrailə raketlər atılıb

2021-05-13

gun az article

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

2021-05-13

gun az article

Çempionlar Liqasının finalı İstanbuldan alındı

2021-05-13

gun az article

SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

2021-05-13

gun az article

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb - VİDEO

2021-05-13

gun az article

Zərif: “Səudiyyə Ərəbistanı ilə əlaqə qurmağa hazırıq”

2021-05-13

gun az article

ABŞ prezidenti Co Baydendən İsrailə DƏSTƏK

2021-05-13

gun az article

Birinci vitse-prezident “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb-VİDEO

2021-05-13

gun az article

“Sepah”, seçki qabağı terror əməliyyatları üçün nəzərdə tutulmuş özəl silah-sursat ələ keçirdiyini bildirir

2021-05-13

gun az article

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

2021-05-13

gun az article

Azərbaycan idmanında ilk - Tokio-2020-yə lisenziya qazandı

2021-05-13

gun az article

General-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

2021-05-13

gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13