SON XƏBƏRLƏR

Ukrayna prezidenti iyunun 30-da Azərbaycana gələcək

2021.10.20, 07:36
Ukrayna prezidenti iyunun 30-da Azərbaycana gələcək

Gunaz.tv
Ukrayna prezidenti iyunun 30-da Azərbaycana gələcək yushenkob1.jpg Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko iyunun 30-da Bakıya ikigünlük işgüzar səfərə gələcək. APA-nın məlumatına görə, səfər zamanı Ukraynada Xəzər neftini emal edən müəssisənin yaradılması ilə bağlı yaradılmış işçi qrupun ilk hesabatı, iki ölkə arasında yanacaq-enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yuşşenkonun iştirakı ilə Bakıda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimi keçiriləcək. Ukraynanın hədiyyəsi olan abidə Bakıya martın sonunda gətirilib və “Dostluq” kinoteatrının qarşısındakı parkda quraşdırılıb. Abidənin açılışı münasibətilə iyunun 30-da Yaşıl Teatrda Ukrayna incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə inşa ediləcək Ukrayna səfirliyinin və onun əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə də baxış keçirəcək. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar