SON XƏBƏRLƏR

Ukrayna prezidenti: “Səs yazısı göstərir ki, İran rəsmiləri ilk andan təyyarənin vurulduğunu bilirdi”

2021.10.20, 07:36
Ukrayna prezidenti: “Səs yazısı göstərir ki, İran rəsmiləri ilk andan təyyarənin vurulduğunu bilirdi”

Gunaz.tv

GünazTV: Ukrayna 1+1 telekanalı fevralın 2-si axşam saatlarında bu ökəyə məxsus sərnişin təyyarəsinin bir ay əvvəl Tehranda “Sepah” raketləri ilə vurulması və İran rəsmilərinin ilk andan məsələdən xəbərdar olmasını sübut edən yeni bir səs yazısı yayıb.

 

“Amerikaninsesi” saytı xəbər verir ki, İranın hava nəqliyyatına nəzarəti ilə İranlı pilot arasında sızan səs yazısı götərir ki, İran rəsmiləri Tehrandan havaya qalxan Ukrayna təyyarəsinin ilk andan raketlə vurulduğunu bilirmiş. Lakin buna baxmayaraq İran günlərlə bu məlumatı inkar etmişdi.

 

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü axşam televiziyada yayımlanan reportajda səs yazısının həqiqiliyini təsdiqləyib.

 

İranın istintaq qrupunun rəhbəri Həsən Rezaifar bazar günü səs yazısının həqiqiliyini təsdiqləyərək, onun Ukryana rəsmilərinə təhvil verildiyini söyləyib.

 

Təyyarə “Sepah”ın Bağdad hava limanında öldürülmüş iranlı general Qasım Süleymaninin qisasını almaq üçün ABŞ hərbi qüvvələrinin İraqda qərargahlandığı bazaya raket hücümundan bir neçə saat sonra vurulmuşdu.

 

Ukraynanın 1+1 telekanalı tərəfindən yayımlanan farsca səs yazısının transkripti göstərir ki, dialoq Şiraz şəhərindən Tehrana uçan və Aseman Hava Yollarına məxsus Fokker 100 təyyarəsinin pilotu ilə hava nəqliyyatı nəzarəti dispetçeri arasında olub.

 

"Ard-arada bir neçə sayrışan işıqlar...bəli, bu raketdir orada nəsə baş verir?" - deyə, pilot bildirir.

 

Aviadispetçer isə cavab olaraq, "Xeyir, neçə kilometrdə? Harada?"

 

Pilot buna cavab olaraq işığı “Sepah”ın Tor M-1 zenit raketini atdığı yerin yaxınlığındakı Pəyam hava limanında gördüyünü bildirir. Nəqliyyat idarəsi bu barədə heç bir məlumat verilmədiyini bildirsə də pilot israr edir.

 

"Bu, raket işığıdır" - deyə, pilot söyləyir..

"Daha başqa bir şey görürsünüzmü", nəzarətçi soruşur.

 

"Hörmətli mühəndis, böyük bir partlayış oldu. Biz orada böyük işıq gördük. Və mən bunun nə olduğunu doğrudan da bilmirəm" - deyə, pilot cavab verir.

 

İran səs yazısının Ukrayna tərəfindən ictimaiyyətə açıqlanmasını "qeyri-peşəkarlıq" adlandıraraq, onun məxfi hesabatın bir hissəsi olduğunu bildirib.

 

İranın istintaq qrupunun rəhbəri Həsənn Rezaifar Mehr xəbər agentliyinə bildirib ki, "Ukraynalıların bu addımı bizi onlara daha heç bir dəlil veməməyə məcbur edir". “Amerikaninsesi”.

 

 Ukrayna prezidenti Vladimir Zelenski

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar