SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirib

2021.10.20, 07:36
Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirib

Gunaz.tv

GünAz TV: Rəsmi Kiyev Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.  

 

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib. 

 

“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.

 

Qeyd edək ki, budan əvvəl Rusiya Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına   PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib.

 

Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib. 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar