SON XƏBƏRLƏR

Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduz Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduz Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduz Şəhər İnqilab Məhkəməsinə çağırılıb.

 

Göndərilən elektron çağırış vərəqəsinə əsasən fəallar 2019-cu il yanvarın 16-da özlərini müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etməlidilər.

 

Çağırış vərəqəsində fəalların qanunsuz yığıncaqda iştirak etməklə sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə üzləşdiyi qeyd olunub.

 

Fəallar mayın 25-də Milli Qiyam zamanı (2006-cı il may hadisələri) canlarını fəda etmiş Sulduz şəhidlərinin anım mərasimindən qayıdarkən Məhəmmədyar üçyolunda yaxalanıb 8 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

 

Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə etdikləri üçün dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar