Aprelin 25-də Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində "Ayəndesazan-e Sulduz" və "Milan" futzal komandaları arasında keçirilən keçirilən yarışda milli fəallar türkcə şüarlar səsləndirərək Azərbaycan torpaqlarına idda edənlərə, özəlliklə etnik kürd qruplaşmalarına, terror təşkilatlarına cavab veriblər.
“Bu torpaqdan pay olmaz-Urmu Kürdüstan olmaz”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və başqa bu kimi şüarlar stanidonda səsləndirilib.
Bundan öncə aprelin 11-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Şəhid Bakiri” stadionunda Əhvazın “Fuladi Novin” və Urmunun “90 Urmiya” futbol komandaları arasında keçirilən qarşılaşmada da fəallar oxşar şüarlar səsləndirmişdilər.
Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər.
Cavidan