SON XƏBƏRLƏR

Hulusi Akar: “Regionda sülh və sabitliyin olması çox önəmlidir”

2021.10.20, 07:36
Hulusi Akar: “Regionda sülh və sabitliyin olması çox önəmlidir”

Gunaz.tv

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ikitərəfli və üçtərəfli görüşlər bölgə ölkələri üçün böyük fayda verəcək.

Nazir qeyd edib ki, görüş zamanı Gürcüstan-Azərbaycan-Türkiyə başda olmaqla bölgənin gələcəyi üçün dəyərləndirmələr aparılıb: “Bu bölgə bir çox baxımdan çox önəmlidir. Eyni zamanda, region neft və təbii qaz baxımından da çox əhəmiyyətlidir. Bölgədə sülh və sabitlik yalnız bizim üçün deyil, bütün region üçün önəmlidir”.

H. Akar müdafiə və təhlükəsizlik sahəsində önəmli məsafə qət etdiklərini vurğulayıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar