SON XƏBƏRLƏR

"Fulya" filmi təqdim olunub

2021.10.31, 15:56
"Fulya" filmi təqdim olunub

Gunaz.tv

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.

44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar