SON XƏBƏRLƏR

Qum “Elmiyyə” Hövzəsində dini təhsil alan bir qrup molla 15 iranlı aktrisadan şikayət edib - FOTOLAR

2021.12.20, 02:35
Qum “Elmiyyə” Hövzəsində dini təhsil alan bir qrup molla 15 iranlı aktrisadan şikayət edib - FOTOLAR

Gunaz.tv

Mollaların hazırlayıb Qum prokururluğuna təqdim etdiyi və dekabrın 19-da İranın hökumət saytlarında yayılan birgə şikayət məktubunda deyilir ki, 15 aktrisa hicaba tam riayət etməməklə onları (mollaları-Red) cinsi baxımdan təhrik edir, onlara “mənəvi” baxımdan ziyan vururlar.

“Bu aktrisalar öz İnstaqram səhifələrində çəkib paylaşdıqları şəkillərində hökumətin istədiyi hicaba riayət etmir, bəzən açıq və islami dəyərlərə zidd olan şəkillərini paylaşmaqla bizi və cəmiyyəti təhrik edirlər. 

Aktrisaların hansısa bir toplantıda və ya qonaqlıqda özlərindən çəkib paylaşdıqları şəkillərdə sinələrinin bir hissəsinin, eləcə də onların boyun və qulaqlarının görünməsi, onların baş örtüyü əvəzinə bir çox hallarda şlyapadan istifadə edərək onun üstünü gül ilə bəzəməsi və onların bu kimi hərəkətləri bizə, ailəmizə və cəmiyyətimizə mənəvi baxımdan ziyan vurur, bizi cinsi nəzərdən təhrik edir.

Aktrisaların həmçinin İnstqramda və digər sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə bəzən cırıq şalvar geyməsi və ya şortikdə görünməsi, yaxud dar paltarlar geyinməklə onların bədənlərinin qabarıqlarının üzə çıxması, eləcə də onların qısa qol paltar və ya bədənlərini göstərən nazirk mantolardan istifadə etməsi və onların digər bu kimi hərəkətləri bizə mənəvi zərər vurmaqla yanaşı, onların hicaba düzgün riayət etməmələrinin bariz nümunələridir. 

Aydın məsələdir ki, bu kimi seksual şəkilləri görmək, insan ağlını özünə məşğul etməklə onun zavala uğramasına, onların zehndə həkk olunmasına, insanın Allahla üns tutmaqdan məhrum olunmasına, dinə və Allaha olan imanın zəiflənməsinə gətirib çıxarır, ər-arvad münasibətlərinə mənfi təsir göstərir.

Biz isə hesab edirik ki, aktrisaların bu kimi hərəkətlərlə bizə vurduğu mənəvi zərərin kompensasiyası ödənilməlidir”. -deyə Qumun üzdəniraq “Elmiyyə” Hövzəsində dini təhsil alan bir qrup mollanın iranlı aktrisalardan prokurorluğa yazıb göndərdiyi şikayət məktubunda bildirilir.

Qum mollalarının iranlı aktrisalardan şikayət məktubunun yayılması iranlı sosial şəbəkə istifadəçiləri tərəfindən məsxərəyə qoyularaq, media fəallarının mənfi reaksiyasına səbəb olub.

Şikayət məktubunda sözü gedən aktrisaların adları açıqlanmasa da, bəzi saytlar onların Mətin Sutudə, Tərlan Pərvanə, Yekta Nasir, Fəriba Nadiri, Azadə Məhəmmədi, Hədiyyə Tehrani, Elnaz Şakirdust, Baharə Rəhnəma, Behnuş Bəxtiyari, Niyuşa Ziqəmi, Səhər Qüreyşi və s. olduğunu bildirirlər. 

Qeyd edək ki, Qumun molla yetişdirən üzdəniraq “Elmiyyə Hövzəsi”, İranda insanlar arasında daha çox “Cəhliyyə Hövzəsi” kimi tanınır.

بدن نمایی بازیگران زن صدای طلاب قم را در آورد! - تیتر کوتاه | تیتر کوتاه

گروهی از طلاب قم از چند بازیگر زن شکایت کردند+سند

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar