"İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"-Human Rights Watch

21.05.2022, 08:25

Mayın 20-də "Human Rights Watch" təşkilatı İranda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Təşkilat İran hökumətinin növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atdığını deyib və hökumətin narazılara qarşı qəddar münasibətini pisləyib.

Gunaz.tv Quote | Gunaz article

“İran hökuməti son iki həftə ərzində yenidən etirazçılara qarşı zor tətbiq edib, onlarla sinfi və ictimai fəalı həbs edib. Narazılara qarşı ölümcül silahlardan istifadə edərək onlarla şəhərdə görünməmiş zorakılığa əl ataraq xalq etirazlarını boğmağa çalışıb”-deyə, bəyanatda bildirilib.

"Human Rights Watch"-ın İran üzrə baş tədqiqatçısı Tara Sepehrifər deyib ki, İran hökuməti insan haqları pozuntularının aradan qaldırılması, narazılığın səbəblərini həll etmək yerinə tanınmış fəalları qondarma ittihamlarla həbs edib barələrində cinayət işi açır.

O, hökumətin bu vasitə ilə insan haqları müdafiəçiləri və ictimai fəalları susdurmaq, onların fəaliyyətlərini dondurmağa çalışdığını söyləyib.

Sepehrifər İran hökumətinin həbs olunanlara qarşı “düşmən ölkələrlə əlbir olmaq” ittihamları irəli sürməsini absurd adlandırıb və bunun genişlənməkdə olan xalq hərəkatlarına ictimai dəstəyin azaldılmasına cəhd kimi dəyərləndirib.

Qeyd edək ki, Human Rights Watch bundan öncə mayın 5-də yaydığı bəyanatda İran hökumətinə xəbərdarlıq edərək dinc aksiyalar zamanı saxlanılan həbsdəki müəllimləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

“İran rəsmiləri iranlıların iqtisadi və sosial hüquqlarına hörmət. Müxtəlif təşkilatlarla əməkdaşlıq etmək əvəzinə öz hüquqlarını təmin etməyə cəhd edən dinc aksiyaçıları həbs edir.

Bu hərəkətlər İranın acınacaqlı durumda olan iqtisadi vəziyyətini dəyişməyəcək”-deyə, Sepehrifər bildirib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prokuror: "Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28

gun az article

Əhərdə bələdiyyə işçilərinin əmək haqları ödənilmir

2022-06-28

gun az article

Türk idmançı İranın ən bahalı futbolçusudur

2022-06-28

gun az article

"Hökumət məni öldürmək istəyir"- Nərgiz Məhəmmədi xəbərdarlıq etdi

2022-06-28

gun az article

Mühacir kürdlər Sulduzda kəndliləri atəşə tutub

2022-06-28

gun az article

“Sözümüz” proqramında müzakirə: “Güney Azərbaycanın gələcəyi” -VİDEO

2022-06-28

gun az article

Təbrizli gənc fəal ETTELAAT-da dindirilib

2022-06-28

gun az article

Bəzz yürüşünə hazırlıq başladı: Təbrizdə afişalar yayıldı

2022-06-28