SON XƏBƏRLƏR

Qumda iki məhkum edam edilib

2022.08.08, 06:10
Qumda iki məhkum edam edilib

Gunaz.tv

Məlumatda edam edilənlərin Əli Qərəlu və Müctəba Ramin adlı məhkumlar olduğu bildirilir.

Daha iki məhbusun edama hazırlıq öncəsi Quç şəhərinin zindanının təkadamlıq kamerasına köçürüldüyü qeyd olunur.

İki gün öncə sosial mediada İranın Qum şəhər zindanında saxlanılan məhkumların həbsxana ilə bağlı dəhşətli və inanılmaz faktları ifşa etməsinə dair video yayılıb.

Belə ki, videoda məhkumlardan biri Qum şəhər zindanında demək olar ki, hər gün bir nəfərin edam edilməsi ilə bağlı fikirlər səsləndirib.

Məhkum onu da bildirib ki, zindanın rəhbərliyinə heç kim qarşı gələ bilmir.

Onlar dərdlərini heç kimə deyə bilmir, buna görə də, bütün məhbuslar adından İran xalqından kömək istəyirlər.

Sonda qeyd olunub ki, İran hökuməti, hətta Məhərrəm ayında belə məhbusları edam etməkdən çəkinmir və bu müqəddəs ayda da ölüm hökmlərinin icrasını davam edir.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.  

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar