SON XƏBƏRLƏR

Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

2021.11.22, 08:38
Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Gunaz.tv

Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə saat 06:00) protokolların 99,44%-nin hesablanması əsasında məlumat verib.

MSK-nın rəsmi saytında dərc olunan məlumata görə, seçicilərin 66,67%-i (1 532 412 nəfər) Radevə səs verib.

Ən yüksək dövlət vəzifəsinə ikinci namizəd olan Sofiya Universitetinin rektoru Anastas Gerdjikov 31,85% səs (732 035) toplayıb. Seçicilərin 1,48%-i (33 979 nəfər) namizədlərin hər ikisinin əleyhinə səs verib.

Qeyd edək ki, dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ciddi pozuntular olmadan yekunlaşıb. 


Rudevin seçkilərdə qalib olması “exit-poll”un nəticələrində də əskini tapıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar