SON XƏBƏRLƏR

Ümidəli Parsa: "İran milyarderlərinin yarıdan çoxu vergi ödəmir"

2021.10.20, 07:36
Ümidəli Parsa: "İran milyarderlərinin yarıdan çoxu vergi ödəmir"

Gunaz.tv

GünAz TV: İran Vergi Təşkilatının sədri Ümidəli Parsa ölkədə gəlirləri yüksək olan təqribən 300 min insanın bank əməliyyatları barədə əldə edilmiş məlumatların onların yarıdan çoxunun vergi ödəmədiyini göstərdiyini deyib.

 

Rəsminin sözlərinə görə, qurumun araşdırmaları nəticəsində milyarddan yuxarı gəlirləri olan həmin şəxslərin yarısının vergi ödəyicisi olmadığı, digər yarısının isə ödəməli olduğu məbləğdən daha az ödəniş etdiyi məlum olub.

 

Ümidəli Parsa qeyd edib ki, yığılar vergilərin məcmusu ölkə gəlirlərinin 8%-ni təşkil edir. Onun sözlərinə görə, rəqəmin bu qədər aşağı olmasına səbəb vergi güzəştləri və vergidən yayınma hallarının çoxluğudur.

 

Rəsmi cari ilin büdcə layihəsində dövlətin vergilərdən əldə edəcəyi gəlirlərin 141 trilyon tüməndən çox proqnozlaşdırığını qeyd edib.

 

Xatırladaq ki, bir neçə gün öncə İranın İqtisadiyyat naziri Fərhad Dejpəsənd ölkədə vergidən yayındırılan pulların miqdarının 30-40 trilyon tümən arasında dəyişdiyini demişdi.

 

İran iqtisadiyyatı şəffaf olmadığına görə, rəsmilər və ekspertlər ölkə ərazisində vergi yayınmaları haqqında fərqli rəqəmlər səsləndirirlər.

 

Digər tərəfdən, “Astane Qüdse Rəzəvi” fondu kimi, İran “dini lideri”nə bağlı qurumlar vergilərdən azaddırlar. Sözügedən fond sabiq “dini lider” Ruhullah Xomeyninin qərarı ilə vergilərdən azad edilmişdi. Əli Xamneyi onu əvəz etdiyi zamandan indiyə qədər bu qərarı qüvvədə saxlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar