Ümumdünya Səhiyyə Təşkilatı və “Covax” Xamneyinin vaksin qadağasına reaksiya verib: “Korona və vaksin məsələsini siyasiləşdirməyin”

2021-01-09 14:54

Ümumdünya Səhiyyə Təşkilatı və “Covax” yanvarın 9-da bəyanat yayaraq, İranın “dini lider”i Əli Xamneyinin Amerika və Böyük Britaniyanın istehsal etdiyi vaksinlərin idxalına qadağa qoymasına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

Dünyanın müxtəlif ölkələrinin “Covid-19” vaksinini əldə etməsi üçün aparılan fəaliyyətləri koordinasiya edən qurum kimi tanınan Covax yaydığı bəyanatda Xamneynin sözlərinə reaksiya verərək bildirib ki, bu qurum vaksinlərin müxtəlif növlərini istehsal edir və ölkələrin bununla bağlı çoxlu seçimi var.


Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq və Təcili Yardım Proqramının icraçı direktoru Maykl Rayan Xamneyinin məsələyə münasibətinə toxunaraq, milyonlarla insanın birbaşa həyatı ilə bağlı olan vaksin məsələsinin siyasiləşdirilməsinə qarşı çıxdığını bildirib: “Bizim təşkilat dəfələrlə bildirib ki, koronavirus məsələsini siyasiləşdirməyin. İndi isə təşkilatımız bildirir ki, lütfən vaksin məsələsini siyasiləşdirməyin”, -deyə, Maykl Rayan bəyan edib. 


Yayılan məlumatlara görə, Əli Xamneyinin Amerika və Böyük Britaniyada istehsal edilən vaksinlərin ölkəyə idxalına qadağa qoymasından qəzəblənən minlərlə İran vətəndaşı istər ölkə daxilində, istərsə də xarici ölkələrdə sosial şəbəkələrdə paylaşım edərək, onun bu qərarına kəskin etiraz bildiriblər. Aralarında çoxlu ziyalı, həkim və tibb mütəxəssisləri olan həmin şəxslər Xamneyini millətin adından danışmamağa, Amerikada və Avropada istehsal edilən vaksinlərin gəlişini səbirsizliklə gözləyən ölkə vətəndaşlarının həyatı ilə oynamamağa çağırıblar.


Bu arada, Twitter Xamneyinin şəxsi hesabında Amerika və Böyük Britaniyanın istehsal etdiyi vaksinlərə qarşı sözlərinə qarşı çıxaraq, onun bu barədə ingilis, ərəb, ispan, rus və fransız dillərində etdiyi tvitlərini silib. Bildirilib ki, Xamneyinin bu tvitləri Twitter-in qanunlarına zidd olduğu üçün silinib. 

تصویری از حساب توییتری آیت‌الله علی خامنه‌ای به زبان انگلیسیXatırladaq ki, Xamneyi yanvarın 8-də dövlət televiziyasında çıxış edərək, Amerika və Böyük Britaniya istehsalı olan vaksinlərin ölkəyə idxalına qadağa qoyub. O deyib: “Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsi qadağandır. Bunu mən ölkə məsullarına demişəm, indi isə ümumi şəkildə bildirirəm. 


Əgər amerikalılar vaksin istehsal etməyi bacarsaydılar, indi öz ölkələrində yaranmış bu biabırçı vəziyyətlə üz-üzə qalmazdılar. Amerikalıların bir neçə gün əvvəl sutka ərzində xəstəlikdən 4 min itkiləri qeydə alınıb. Əgər onlar vaksin düzəltməyi bacarırlarsa və əgər onların Phizer zavodu (Phizer şirkətini nəzərdə tutur –red) vaksin istehsal edə bilirsə bu vaksindən özləri istifadə etsinlər və bu qədər itkiləri olmasın. Bəs niyə onu bizə vermək istəyirlər.


 Bu dediklərim Böyük Britaniyanın istehsal etdiyi vaksinə da şamildir. Bunlara (ABŞ və Böyük Britaniya) inanmaq olmaz. Mən isə şəxsən onlara etimad etmirəm. Bəzi vaxtlar onlar istehsal etdikləri vaksini digər millətlərin üzərində sınaqdan keçirirlər və onun təsirli olub-olmamasını öyrənməyə çalışırlar. Elə buna görə də, hesab edirəm ki, Amerika və Böyük Britaniyadan vaksin alınmamalıdır...” -deyə, Xamneyi bildirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07

gun az article

Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub

2021-05-07

gun az article

Putinlə Netenyahu Suriyadakı vəziyyəti müzakirə etdilər

2021-05-07

gun az article

Bakıdakı bu küçəyə Polad Həşimovun adı verildi

2021-05-07

gun az article

Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub

2021-05-07

gun az article

Xalq şairi Musa Yaqub vəfat edib

2021-05-07

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

2021-05-07

gun az article

İranın Lamərd şəhərində 3,5 bal gücündə zəlzələ olub

2021-05-07

gun az article

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır

2021-05-07

gun az article

Vətən müharibəsinin şəhid zabiti Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub

2021-05-07

gun az article

İranda koronavirusdan daha 335 nəfər vəfat edib: Ölənlərin sayı 74 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-07