SON XƏBƏRLƏR

UNİCEF: “İranda sel nəticəsində 100 min uşaq məktəbə getmək imkanından məhrum olub”

2021.10.20, 07:36
UNİCEF: “İranda sel nəticəsində 100 min uşaq məktəbə getmək imkanından məhrum olub”

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu- UNİCEF sel nəticəsində İranda 100 min uşağın məktəbə getmək iqtidarında olmadığını  və minlərlə uşağın tibbi qayğıdan məhrum olduğu barədə hesabat yayımlayıb.

 

Hesabatda selin ölkədə böyük fəlakətlərə yol açdığı vurğulanmaqla yanaşı, uşaqların ehtiyaclarının qarşılanması üçün azı 9 milyon dollar tələb olunduğu öz əksini tapıb.

 

UNİCEF-in bildirdiyinə görə, seldən ümümilikdə 10 milyon nəfər zərər görüb. 2 milyon insana dəymiş maddi ziyan digərlərindən daha çoxdur. Azı 500 min nəfərin isə evi tamamilə dağılıb.

 

Fond tərəfindən təbbi fəlakət baş verən ərazilərdə yaşayan uşaqlara göndərilmiş humanitar yardımların aprelin 18-də İrana çatdığı da hesabatda qeyd edilib.

 

Qeyd etmək lazımdır ki, Novruz bayramı ərəfəsində İranda başlayan və təqribən 1 ay davam edən sel və daşqınlar nəticəsində azı 76 nəfər ölüb, 1000-dən çox insan yaralanıb, eləcə də ölkəyə milyardlarla dollar ziyan dəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar