SON XƏBƏRLƏR

"Mədənlərin qanunsuz istismarı ətraf mühiti məhv edir"-Zunuz əhalsindən İran parlamentinə müraciət

2021.11.02, 08:52
"Mədənlərin qanunsuz istismarı ətraf mühiti məhv edir"-Zunuz əhalsindən İran parlamentinə müraciət

Gunaz.tv

Mahal əhalisi ekologiyanı məhv edən, aqrar sektora ciddi zərbə vuran qeyri-standart mədənçilik fəaliyyətinin dayandırılmasını tələb edir.

Bununla bağlı mahalda etiraz kampaniyası başlayıb.

5 min nəfərin imzası ilə hazırlanan müraciət hökumət məsulları və İran parlamentinin sədrinə ünvanlanıb.

Müraciətdə Zunuzun neçə min illik tarixə, onlarla tarixi və turistik məkanlara malik olduğu olduğu vurğulanır. Qeyd olunur ki, acgöz şirkətlərin mədənləri qaydasız istismarı ətraf mühitl, yerli əhalinin sağlamlığını təhlükəyə atıb.

“Bölgədə su mənbələrinin dağıdılması yerüstü və qrunt sularını azaldıb. Bununla da Mərənd düzünün, Zunuz və ona bağlı kəndlərin əhalisinin dolanışıq mənbəyi olan kənd təsərrüfatına bərpası mümkün olmayan ziyan vurulub.

Neçə müddətdir davam edən bu proses işsizliyə və bunun nəticəsində əhalinin dədə-baba yurdlarından köç etməsinə səbəb olub. 

Mədənlərin zəhərli tullantıları yeraltı və yerüstü su qaynaqlarının çirklənməsinə, bitki örtüyünün və otlaqların aradan getməsinə, bölgədə məşhur olan və əhalinin dolanışığında əhəmiyyətli rol oynayan arıçılığın məhvinə səbəb gətirib çıxarıb”-deyə, müraciətdə qeyd olunub.

Qeyd edək ki, bununla bağlı Güney Azərbaycanın tanınmış ekoloqu və ətraf mühit fəalı Əhməd Bayburdi özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımda Şərqi Azərbaycanın Zunuz bölgəsində yerləşən Adinə qızıl mədəninin qaydasız fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, standartlara uyğun olmayan istixrac işləri bölgənin yeraltı, yerüstü sularını, torpağını çirkləndirir.

"Mədən Zunuz yaylağında bitki örtüyünü məhv edir,  ətraf mühit mədənin zəhərli tullantıları vasitəsilə çirkləndirilir"-deyə, qeyd edib.

Bundan öncə də məsələ ilə bağlı aksiyalar keçirən bölgə əhalisi mədənin fəaliyyətinin onların həyatına və məşğulluğuna heç bir müsbət təsir göstərmədiyini bildirib.

Qeyd olunub ki, mədənlərin qaydasız istismarı əksinə, yeni problemlərin ortaya çıxmasına, ekologiyanın, əkin sahələrinin və suvarma sistemlərinin məhv olmasına səbəb olub.

C.E 

İran hökumətindən absurd qərar: Urmu gölünün bərpası gənc tələbəyə  tapışırılıb

Əhməd Bayburdi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar