SON XƏBƏRLƏR

Duqinin qızının avtomobili partladı –Putinin ideoloqunun övladı öldü

2022.08.21, 08:55
Duqinin qızının avtomobili partladı –Putinin ideoloqunun övladı öldü

Gunaz.tv

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünü araşdırır.

KİV ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinanın idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı “millətçilər”i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar