SON XƏBƏRLƏR

Quraqlıq Biləsuvarda aqrar sektoru iflas həddinə gətirib- Rübəli Cahanidən xəbərdarlıq

2021.12.31, 09:16
Quraqlıq Biləsuvarda aqrar sektoru iflas həddinə gətirib- Rübəli Cahanidən xəbərdarlıq

Gunaz.tv

Rübəli Cahani deyib ki, quraqlıq və yağıntıların azalması Biləsuvarda kənd təsərrüfatı sahəsinin tamamilə iflasına səbəb oa bilər. 

O, cari əkin ilində yağıntıların ötən ilin oxşar dövrünə nisbətdə 37% azaldığını, hazırda quraqlıq səbəbindən Biləsuvarda əkin sahələrinin 40%-nın əkilmədiyini, əkilən sahələrin isə 30%-nın məhv olduğunu deyib.

Cahani ötən ildə oxşar problemi yaşadıqlarını, zərərə düşən əkinçilərin yalnız 30%-nın siğortadan kompensasiya ala bildiyinə toxunaraq, belə davam edəcəyi təqdirdə 17 mindən çox əkinçi və fermerin müflis olacağını söyləyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar