SON XƏBƏRLƏR

Suriyada İrana bağlı muzdlu silahlılar PUA hücumuna məruz qaldı: 7 ölü

2021.11.11, 08:24
Suriyada İrana bağlı muzdlu silahlılar PUA hücumuna məruz qaldı: 7 ölü

Gunaz.tv

Hadisə noyabrın 10-u səhər saatlarında baş verib.

Mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarına Nəzarət Qrupu bununla bağlı məlumat yayaraq bildirib ki, pilotsuz uçuş aparatlarının hücumunda İrana bağlı yarımhərbi qüvvələrin silah-sursat anbarları hədəfə alınaraq məhv edilib.


Məlumatda, hava hücumunda həlak olanların hamısının İrana bağlı yarımhərbi qrupların üzvləri olduğu bildirilsə də, hücumun haradan və kimlər tərəfindən həyata keçirilməsi hələlik bilinmir.


Yayılan bəzi məlumatlarda isə bildirilir ki, Suriyada SEPAH terror təşkilatının “Qüds” briqadaına bağlı yarımhərbi qüvvələrə qarşı hava zərbələrinin İsrailin pilotsuz uçuş aparatları tərəfindən gerçəkləşdirildiyi təxmin edilir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar