SON XƏBƏRLƏR

Suriyada İrana bağlı silahlı qruplaşmanın 9 üzvü öldürülüb

2022.08.25, 08:59
Suriyada İrana bağlı silahlı qruplaşmanın 9 üzvü öldürülüb

Gunaz.tv

Suriya İnsan Haqları Müşahidə Qrupunun mənbələri avqustun 24-ü axşam saatlarında Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin son 24 saat ərzində hava zərbələri nəticəsində Əl-Məyadin və Deyr əz-Zəvrda İrana bağlı silahlı qüvvələrinin ən azı 9 üzvünün öldürüldüyünü bildirib.

Adı çəkilən mənbələr bu hücumlarda İranın proksi qüvvələrinə aid bir raket atan maşının Deyr əz-Zəvr ətraflarında hədəf alındığını, nəticədə 3 yaraqlının məhv edildiyini açıqlayıb.

Beynəlxalq koalisiyanın hücumları İranın proksi qüvvələrinin Deyr-əz-Zəvr ətrafındakı Koniko qaz yatağı yaxınlığındakı bazaya raket atmasından 4 saat sonra baş verib.

Amerika ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Co Buçino da Suriyanın şərqindəki Deyr-əz Zəvr əyalətinə edilən hücumlarda İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupların istifadə etdiyi infrastruktur obyektlərini hədəfə aldığını deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar