SON XƏBƏRLƏR

Urmiya 2020 layihəsi ləğv olunub

2021.10.20, 07:36
Urmiya 2020 layihəsi ləğv olunub

Gunaz.tv

GünAz TV: Məsulların proqramsız işləməsi və yarıtmaz idarəçiliyi səbəbində Güney Azərbaycan əhalisinə vədi verilmiş Urmiya 2020 layihəsi ləğv edilib.

 

Urmiya Şəhər Şurasının Şəhər xidmətləri və Turizm Komissiyasının sədri Hüseyn Pənahi bildirib ki, 5-ci çağırış Milli Məclisin öz işinə başlamasının ilk ilində Urmiya 2020 layihəsi gündəmə gətirilsə də, lakin həmin illərdə onun icrası üçün imkanlar az idi.

 

"İlk vaxtlarda bu xüsusda zəruri olan lisenziyaların alınması üçün tələşlar göstərilmişdi. Lakin daha sonralar layihəni icra etmək üçün yaradılan katiblik öz vəzifəsini yaxşı icra etmədi"- deyə Hüseyn Pənahi katibliyi tənqid edərkən qeyd edib.

 

O, həmçinin bildirib ki, sonrakı mərhələlərdə katibliyin idarəçiliyi zəif və yarıtmaz şəxslərə tapşırılıb.

 

Rəsmi iddia edib ki, Urmiya 2020-ni reallaşmasa da, Urmiya 2021, ya Urmiya 2022-nin həyata keçirilməsi üçün zəruri addımlar atılacaq.

 

Bundan öncə də məsulların Təbriz 2018 layihəsinin icrasında zəif və istəksiz fəaliyyətləri böyük tənqidlərə tuş gəlmişdi.

 

Təbrizin 2018-ci ildə islam dünyasının turizm paytaxtı seçilməsi istiqamətində bəzi can yandıran azərbaycanlı məsulların təlaşlarına baxmayaraq, İran rejiminin rəsmiləri müxtəlif süni əngəllər yaratmaq və bu böyük hadisəyə lazımi qədər maliyyə ayırmamaqla, faktiki olaraq onu gözdən salmışdılar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar