Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-28 17:48

Azərbaycanın Urmiya gölündə suyun səviyyəsinin azalması davam edir. Gölün Bərpası Qərargahının son hesabatında su səviyyəsinin 1271.36 metrə düşdüyü bildirilib.

Gunaz.tv Quote | Gunaz article

Gölün hazırkı su səviyyəsi uzunmüddətli orta səviyyə (ötən 40 il) ilə müqayisədə 3 metr, keçən il ilə müqayisədə isə 9 santimetr azalma göstərir.

 

Urmiya gölündə suyun həcmi isə 3.61 milyard kubmetrə çatıb. Bu rəqəm, ötən ilin analoji dövrü ilə müqayisədə 26 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 12.8 milyard kubmetr azalıb.

 

Hesabatda gölün ərazisinin hazırda 2 min 869 kvadrat kilometr olduğu bildirib. Bu rəqəm keçən il ilə müqayisədə 61 kvadrat kilometrdir azdır.

 

Uzunmüddətli sahə ilə müqayisədə isə gölün ərazisi 1642 kvadrat kilometrdir kiçilib.

 

Gölün Bərpası Qərargahının Qərbi Azərbaycan əyaləti üzrə ofisinin rəhbəri Fərhad Sərxoş Xordad (may 20-iyun 20) ayının sonlarından etibarən Urmiya gölünə axan çayların hamısında suyun qarşısının alındığını bildirib.

 

Sərxoş Urmiya gölündə suyun səviyyəsinin azalmasını həmin məsələ ilə əlaqələndirərək qeyd edib ki, keçən illərdən fərqli olaraq bu il isti mövsümün başlanğıcından etibarən gölə heç bir çayın suyu daxil olmayıb. 

 

Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24

gun az article

"Sepah" Azərbaycan Respublikası ilə sərhədə onlarla tank gətirib- VİDEO

2020-10-24

gun az article

Abbas Lisani- Son görüş

2020-10-24

gun az article

Təbrizin İnqilab məhkəməsi 13 fəala qarşı çıxarılmış mülki vəsiqə qərarının məbləğini artırıb

2020-10-24

gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22