SON XƏBƏRLƏR

Urmiya zindanında 2 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında 2 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəriin mərkəzi zindanında saxlanılan,  qətldə günahlandırılaraq ölümə məhkum olunmuş daha 2 nəfər edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiyanın mərkəzi zindanının gənclər korpusunda saxlanılan müttəhimlər, Xəlil Ağuşi və Süheyl adlı 25 yaşlı digər məhbus, mayın 13-də həbsxananın təkadamlıq kameralarına köçürülüblər. Hər iki müttəhimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar