SON XƏBƏRLƏR

Urmiya zindanında daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiyanın mərkəzi zindanının 15-ci korpusunda saxlanılan müttəhim Cahangir Nocəvan iyulun 26-da təkadamlıq kameraya köçürülüb. Onun yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar