SON XƏBƏRLƏR

Urmiya zindanında daha 4 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Urmiya zindanında daha 4 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 məhbus, barələrində çıxarılmış ölüm cəzasının icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiya zindanında saxlanılan müttəhimlər, dekabrın 30-da saxlandıqları ümumi korpsdan çıxarılaraq, ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb. Onlardan yalnız birinin adı (Pejman Piri) mediaya bəlli olub.

 

 Hər dörd müttəhimin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar