Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03 16:41

Güney Azərbaycanın Urmiya şəhərində bir qrup avtobus sürücüsü etiraz aksiyası keçirib.

Gunaz.tv Quote | Gunaz article

Koronavirus pandemiyasının yayılmasından etibarən ciddi iqtisadi problemlərlə üzləşən sürücülər hökumətin onlara dəstək göstərmədiyini bildiriblər.

“Durna Nyüs” xəbər saytının verdiyi məlumata əsasən, avtobus sürücüləri avqustun 3-də hökumətin onların problemlərinə laqeyd yanaşmasına etiraz olaraq işlərini dayandırıblar.

 

 

Hazırda Urmiyada müxtəlif marşrut xətləri üzrə 350 avtobus fəaliyyət göstərir. Bu avtobuslar orta hesabla hər gün 110 min sərnişin daşıyır.

 

 

Koronavirusun yayılması ilə avtobus sürücüləri bir müddət işlərini dayandırmağa məcbur oldular. İctimai nəqliyyatın fəaliyyətinin bərpasından sonra isə tətbiq edilən sosial məsafə qaydaları çərçivəsində sərnişinlərin sayının azaldılması nəticəsində onların gəlirləri 80 faiz azalıb.

 

 

Ötən həftə Urmiyanın bələdiyyə başçısı sürücülərə dəstək məqsədi ilə onların sığorta haqqının bir il müddətinə bələdiyyə tərəfindən ödəniləcəyi vədini vermişdi.

Sürücülər bu vədin də digər vədlər kimi yerinə yetirilmədiyini bildiriblər.

 

 

Bir tərəfdən ərzaq qiymətlərinin gündəlik artması, digər tərəfdən isə ehtiyat hissələrinin qiymətinin neçə qat bahalaşması sürücülərin həyat şərtlərini daha da ağırlaşdırıb.

Belə bir şəraitdə bələdiyyə müfəttişlərinin də müxtəlif bəhanələrlə ağır cərimələr tətbiq etməsi sürücülərin vəziyyətini artıq dözülməz hala gətirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10