SON XƏBƏRLƏR

Urmiyada daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Urmiyada daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünazTV: İranın Urmiya şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiyanın mərkəzi zindnında saxlanılan hər iki məhkum, dekabrın 3-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürüb. Məhkumlardan birinin adı (Əli Mahmudpur) mediaya bəlli olsa da, digər məhkumun kimliyi açıqlanmayıb.

 

Hər iki məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar